“Neftçi” klubunun futbolçusu Edvin Kuç Monteneqro millisinə dəvət olunub.
Apasport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi martın 22-də Cəbəllütariq, 25-də isə Farer adaları yığması ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara çağırılıb.
Qeyd edək ki, Kuç Monteneqro millisində 11 oyunda meydana çıxaraq, 3 qol vurub.
Comments are closed, but trackbacks and pingbacks are open.