Dərnəgüldə yanğın təhlükəli taxta sexinin fəaliyyəti dayandırılıb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli taxta sexinin fəaliyyəti dayandırılıb.

FHN-in Mətbuta xidmətindən APA-ya verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, ev 108 ünvanında yerləşən “Sənaye-Tikinti-Təmir” ASC-yə məxsus taxta sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb; obyektdə qeyri-standart odun sobalarından istifadə olunur; elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb; obyektdə yanğın su hovuzu və təxliyə planı mövcud deyil; obyekt odsöndürən balonlarla tam təmin olunmayıb; taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb; obyektin ərazisi yanar tullantılardan təmizlənməyib; obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq sığorta olunmayıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, ev 108 ünvanında yerləşən “Sənaye-Tikinti-Təmir” ASC-yə məxsus taxta sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More