Erməni general: Azərbaycana qarşı vuruşan

Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs – Ermənistan Respublikasında anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan Qarabağda Azərbaycan dövlətinə qarşı vuruşmuş “Şuşi” xüsusi hərbi batalyonunun komandirinin Jirayr Səfilyan olduğunu etiraf edib.

APA xəbər verir ki, Manukyan suallara cavabında Səfilyanın Livanın paytaxtı Beyrut şəhərində doğulduğu barədə məlumatsız olduğunu bildirərək deyib: “O, “Qərbi Ermənistan”dan gəlmişdi, amma Ermənistan vətəndaşı idi”.

O, Qarabağda Azərbaycana qarşı vuruşmuş “Daşnak” adlandırılan taborun dəstələrdən ibarət olduğunu bildirib.

“Dəstələrdə Qarabağdan olanlar və Ermənistan vətəndaşları var idi”, – o əlavə edib.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More