Xorvatiyanın sabiq Prezidenti: Ukraynalılar müharibədən yorulub

Biz coğrafi baxımdan Ukrayna ilə yaxınıq. Oradakı müharibə bizi də narahat edir.

APA xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan “Sülhə doğru” adlı panel müzakirəsində Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç deyib.

Onun sözlərinə görə, ukraynalılar hamıdan çox sülh istəyir: “Onlar artıq bu münaqişədən yorulub. Hazırda onlar bu münaqişəyə görə böyük bədəl ödəyir”.

Sabiq Prezident Donald Trampın müharibəni dayandırmaq səylərinin davam etdiyini vurğulayıb.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More