Müvəqqəti saxlama yerlərində nöqsanlara görə 17 nəfər xidmətdən xaric olunub

Beynəlxalq səviyyəli hökumət və qeyri-hökumət təşkilatları, habelə İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) Aparatı ilə qarşılıqlı əlaqələr davam etdirilərək Milli preventiv qrupun (62) və İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (31) nümayəndələri tərəfindən müvəqqəti saxlama yerlərində 93 monitorinq keçirilib.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Daxili nəzarət qaydasında aşkarlanmış 118 fakt üzrə 152 əməkdaş intizam qaydasında cəzalandırılıb.

Onlardan 17-si xidmətdən xaric olunub, 13-ü tutduğu vəzifədən azad edilib, 6-nın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 116-sı barəsində digər tənbeh tədbirləri görülüb.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More