Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsi çərçivəsində “Fənərbaxça” – “Qalatasaray”a rəqib olub.
Apasport.az xəbər verir ki, derbinin baş tutacağı tarix bəlli olub. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
“Ülker Arena”da baş tutacaq “Fənərbaxça” – “Qalatasaray” matçı aprelin 2-si keçiriləcək. Görüş Bakı vaxtilə saat 21:45-də start götürəcək.
Qeyd edək ki, 1/4 final mərhələsi matçı tək oyundan ibarət olacaq və cavab matçı keçirilməyəcək.
Türkiyə Kuboku
1/4 final
1 aprel
21:30. “Konyaspor” – “İskəndərunspor”
2 aprel
18:45. “Trabzonspor” – “Bodrum”
21:45. “Fənərbaxça” – “Qalatasaray”
3 aprel
21:30. “Beşiktaş” – “Göztəpə”
Comments are closed, but trackbacks and pingbacks are open.