Səudiyyə Ərəbistanı Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını alqışlayır

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında aparılan danışıqların başa çatmasını və sülh sazişinin əldə olunmasını alqışlayır.

APA xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, Səudiyyə Ərəbistanı bu razılaşmanın bölgədə sabitlik və rifahın yeni mərhələsinə gətirib çıxaracağına ümid edir.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More