İspaniya La Liqasında XXVIII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, günün son matçında “Barselona” səfərdə “Atletiko Madrid”lə üz-üzə gəlib.
Gərgin keçən oyunda azarkeşlər 6 qola şahidlik ediblər. Ev sahibləri hesabda 2:0 öndə olsalar da, sonda sevinən tərəf qonaqlar olub.
Matçın son 20 dəqiqəsində üstünlüyü ələ alan “Barsa” rəqibinə ardıcıl 4 top vurmağı bacarıb. Görüş kataloniyalıların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə xallarının sayını 60-a yüksəldən Hansi Flikin kollektivi La Liqada liderliyə yüksəlib.
İspaniya La Liqası
XXVIII tur
00:00. “Atletiko Madrid” – “Barselona” – 2:4
Comments are closed, but trackbacks and pingbacks are open.