Kennedi suiqəsdinin gizlinləri 62 il sonra üzə çıxır – Trampdan mühüm açıqlama

ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı təxminən 80 min səhifəlik material çərşənbə axşamı ictimaiyyətə açıqlanacaq.

Lent.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Con Kennedi adına İfa Sənəti Mərkəzinə səfəri zamanı deyib.

“Kampaniya zamanı demişdim ki, onları ictimaiyyətə təqdim edəcəyəm. Və mən sözümün üstündə dayanacağam. Ona görə də sabah Kennedi ilə bağlı sənədləri alacaqsınız”, – o bildirib.

Qeyd edək ki, yanvarın 23-də Tramp Kennedinin və Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin qətli ilə bağlı məxfi materialların yayılmasına dair sərəncam imzalayıb.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More