PUA-ilə ölkəyə narkot daşınmasının qarşını alınıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb. Tədbirlərlə əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Babayev və 46 yaşlı Asiman Əzimov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, onlardan 15 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla onların narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Bundan əlavə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında rayonun Səncərədi kəndi ərazisindəki örüş sahəsinə keçirdikləri baxış zamanı PUA-ya bərkidilmiş bağlamadan 10 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More