Azərbaycan və Bəhreyn XİN rəhbərlərinin telefon danışığı olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Bəhreyn Krallığının xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani arasında telefon danışığı baş tutub.

Bu barədə APA-ya XİN-dən məlumat verilib.

Telefon danışığı zamanı iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə bir-birilərini ürəkdən təbrik edib, ən xoş arzularını çatdırıblar.

Azərbaycan-Bəhreyn əməkdaşlığının müxtəlif, o cümlədən iqtisadi, ticarət, ereji təhlükəsizliyi, mədəni istiqamətlər üzrə hazırkı durumu və perspektivləri, regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycanın Bəhreynin “Manama Dialoqu” təşəbbüsündə fəal iştirakı, o cümlədən təhlükəsizlik problemlərinin müzakirəsi baxımından bu platformanın əhəmiyyəti xüsusi olaraq qeyd edilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More