XİN başçısı: Separatçıların məhkəməsi ilə bağlı Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyası əsassızdır

Antiterror tədbirlərindən sonra Azərbaycanın humanistlik nümayiş etdirərək 10 mindən artıq qanunsuz erməni silahlı birləşmələrinin nümayəndələrinin ölkəni tərk etməsinə icazə verib.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Kasper Veldkamp ilə telefon danışığı zamanı deyib.

XİN başçısı Azərbaycana qarşı genişmiqyaslı cinayətlər törədilməsində ittiham olunan separatçı liderlərin və erməni əsilli şəxslərin məhkəmə prosesi barədə məlumat verib.

Nazir qeyd edib ki, həbs edilən şəxslər insanlıq əleyhinə cinayətlərdə ittiham olunub və guya bu həbslərin əsassız olduğu barədə Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının heç bir əsasının olmadığı vurğulanıb. Bu xüsusda, BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun sözügedən məsələ ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyi barədə məlumat təqdim edilib.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More