Beyləqanda 58 yaşlı kişi spirtdən zəhərlənərək ölüb

Beyləqanda spirtdən zəhərlənən kişinin həyatını xilas etmək mümkün olmayıb.

APA-nın yerli bürosu xəbər verir ki, spirtli içkidən zəhərləndiyi deyilən rayon sakini, 1967-ci il təvəllüdlü Ramiz Orucov Beyləqan rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More