İstanbul bələdiyyəsində Əkrəm İmamoğlunu Nuri Aslan əvəz edəcək

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun həbsindən sonra bələdiyyə məclisi bu gün İmamoğlunun kürsüsündə bələdiyyə sədri vəzifəsini icra edəcək şəxsi müəyyənləşdirmək üçün toplanıb.

Lent.az-ın Türkiyə KİV-nə istinadla xəbərinə görə, bələdiyyə məclisinin səsvermə nəticələrinə görə, İmamoğlunu Nuri Aslan əvəz edəcək.

Səsvermənin ilk iki turunda ən çox səsi CHP-nin namizədi Nuri Aslan toplayıb. Lakin tələb olunan səs çoxluğu əldə olunmayıb. Sadə səs çoxluğunun axtarıldığı üçüncü tur nəticəsində CHP üzvü Nuri Aslan İstanbul Böyükşəhər Bələdiyyəsi sədrinin müavini seçilib. Aslan üçüncü turda 125 əleyhinə 177 səslə seçilib. 

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More