"Barselona" 3 xalı 3 qolla qazanıb 02:43 28 mart 2025

Futbol üzrə İspaniya çempionatının 27-ci turunun təxirə salınmış matçında lider “Barselona” “Osasuna” ilə üz-üzə gəlib.

Apasport.az xəbər verir ki, kataloniyalılar 3 xalı 3 qolla qazanıb.

Ferran Torres, David Olmo və Robert Levandovskinin qollarıyla qələbə qazanan “Barselona” xallarının sayını 63-ə çatdırıb.

Beləliklə, “Real Madrid”i 3 xal qabaqlayan Hansi Flikin yetirmələri vahid lider kimi turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Xatırladaq ki, La Liqanın 27-ci turunda keçirilməsi nəzərdə tutulan “Barselona” – “Osasuna” matçı meydan sahiblərinin həkiminin oyundan əvvəl vəfat etməsi səbəbindən təxirə salınmışdı.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More