"Fənərbaxça" öz meydanında "Trabzonspor"u 4:1 məğlub edib 22:08 6 aprel 2025

Türkiyə Super Liqasında XXX turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, turun mərkəzi matçı İstanbulda baş tutub.

“Fənərbaxça” öz meydanında “Trabzonspor”u qəbul edib.

Qara dəniz təmsilçisi ilk hissəni qalib başa vursa da, “sarı-lacivərdlilər” Anderson Talişkanın het-triki və Milan şkriniarın vurduğu qolla matçdan 4:1 hesablı qələbə ilə ayrılmağı bacarıblar.

Qeyd edək ki, Talişka “Fənərbaxça” və “Beşiktaş” forması ilə Super Liqada keçirdiyi 62 rəsmi matçda ilk het-trikinə imza atıb.

Mənbə: Apa.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More