Avropa ABŞ-a cavab verir – Rüsumlar bu tarixdən qüvvəyə minəcək

Avropa Birliyinin ABŞ-ın rüsumlarına qarşı cavab tədbirlərinin birinci hissəsinin aprelin 15-də qüvvəyə minəcəyi açıqlanıb.

Lent.az xəbər verir ki, Avropa İttifaqının ticarət üzrə komissarı Maros Şefçoviç və Aİ-yə sədrlik edən Polşanın İqtisadiyyat nazirinin müavini Mixal Baranovski Aİ-yə üzv 27 ölkənin ticarət nazirlərinin Lüksemburqda keçirilən fövqəladə toplantısından sonra mətbuat konfransı keçirib.

Aİ-nin ABŞ-la ticarət əlaqələri mövzusundakı mövqeyinin müzakirə olunduğu görüşdən sonra təşkil edilən mətbuat konfransında Şefçoviç AB-nin ABŞ-ın gömrük rüsumlarına reaksiyasının təxirə salına bilməyəcəyini vurğulayıb.

Mənbə: Lent.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More