Gözəllik kraliçası zəlzələdə öldü – Uşağını xilas etməyə gəlmişdi

Myanmanın Mandalay şəhərində baş verən zəlzələ zamanı dağıntılar altından “Miss Tourism Myanmar” titulunun ilk qalibi 28 yaşlı Sili Minin meyiti tapılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, şahidlərin dediyinə görə, keçmiş gözəllik kraliçası “Sky Villa” yaşayış binasındakı uşağını xilas etmək üçün gəlib və bina çökməyə başlayanda içəridə qalıb.

Yeri gəlmişkən, 2017-ci ildə tikilmiş “Sky Villa” yaşayış kompleksi Mandalayda ən müasir yaşayış komplekslərindən biri idi.

Mənbə: Lent.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More