"Arsenal" öz meydanında "Real Madrid"i, "İnter" səfərdə "Bavariya"nı məğlub edib 00:57 9 aprel 2025

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.

İspaniyanın “Real” klubu Londonda “Arsenal”ın qonağı olub. Oyun ev sahiblərinin üstünlüyü şəraitində keçib. “Topçular” rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb – 3:0.

Digər görüşdə isə “Bavariya” və “İnter” komandaları üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada sevinən tərəf qonaqlar olub. Görüş “İnter”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə: Apa.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More