ÇL: “Barselona” və PSJ qələbə qazanıb

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

“Barselona” evdə Dortmund “Borussiya”sını qəbul edib. Kataloniyalılar rəqibinə heç bir şans tanımayıb. Ev sahibləri rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb – 4:0.

“Aston Villa” isə PSJ səfərinə yollanıb. İlk hissəsi heç-heçə görüşün qalibi Fransa təmsilçisi olub. Görüş parislilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar

9 aprel

23:00. “Barselona” – “Borussiya” 4:0

23:00. PSJ – “Aston Villa” 3:1

Mənbə: Apa.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More