Çin aviaşirkətlərinə “Boeing” təyyarələri almaq qadağan edilib

Çinin hakimiyyət orqanları yerli aviaşirkətlərə ABŞ-ın “Boeing” korporasiyasının təyyarələrini almağı qadağan edib.

Xezerxeber.az xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Pekin, həmçinin yerli kompaniyalara ABŞ şirkətlərindən təyyarə komponentlərinin və avadanlıqların satın alınmasını dayandırmağı tələb edib.

Hazırda Çin hökuməti “Boeing” təyyarələrini icarəyə götürən və qadağalar səbəbindən yüksək xərclərlə üzləşən aviasiya şirkətlərinə dəstək variantlarını araşdırır.

Qeyd edək ki, ÇXR aviaşirkətləri təxminən 10 ədəd “Boeing 737 Max” təyyarəsinin tədarükünü gözləyir. Təyyarələrin bəziləri “Boeing” kompaniyasının Sietldəki istehsal bazasında, digərləri isə artıq Çinin Çjouşan şəhərindədir.

Agentliyin məlumatına görə, ABŞ-ın Çinə qarşı əks-tariflərinin tətbiq edildiyi aprelin 12-dən öncə sənədləri və ödənişləri tamamlanan təyyarələrin ölkəyə idxalına icazə verilə bilər.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More