Böyük Britaniyada Meq Avon kimi tanınan şairə, ictimai fəal Meqan Tramp Avon çayı ilə simvolik toy mərasimi keçirib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bir neçə il sonra şairə verdiyi qərardan peşman olmadığını bildirib.
Çayın çirkab suları ilə çox çirkləndiyi məlumdur. Daha sonra fəal ətraf mühit probleminə diqqət çəkmək üçün məqsədyönlü şəkildə toy tədbiri keçirib.
Onunla birlikdə maraqlı mərasimdə daha bir neçə fəal iştirak edib.
Toylarının birinci ildönümündə Meqan Avon sahillərində bir həftəlik gəzintiyə çıxarkən ayağını sındırıb. Ancaq bu, gənc qadını dayandırmayıb.
Onun sözlərinə görə, o, heç vaxt bu qədər xoşbəxt olmayıb:
“Mən səhər yuxudan oyananda da çayı düşünürəm və çay bütün həyatıma təsir edir. Mən həmişə növbəti dəfə çayla necə vaxt keçirə biləcəyimi düşünürəm”.
Comments are closed.