“Qalatasaray” növbəti qələbəsini qazanıb

Türkiyə Super Liqasında XXXII turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün lider “Qalatasaray” meydana çıxıb.

Komanda “Bodrumspor”la qarşılaşıb. Görüşə “sarı-qırmızılılar” fəal başlayıblar.

İlk hissədə Lukas Torreyra fərqlənib. İkinci yarıda “Cimbom” daha bir qol vurub. Davinson Sançez komandasına qələbə qazandırıb – 2:0.

Bununla da, “Qalatasaray” “Fənərbaxça” ilə xal fərqini 6-ya yüksəldib.

Mənbə: Apa.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More