Türkiyə Super Liqasında XXXII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün 3 matç baş tutub.
“Beşiktaş” “Göztepe” ilə qarşılaşıb. Oyunda hesab erkən açılıb. “Qara qartallar” Rafa Silvanın qolu ilə önə keçib. Lakin üstünlüyü qorumaq mümkün olmayıb. İsmail Köybaşı “Göztepe”yə 1 xal qazandıran topu vurub – 1:1.
“Trabzonspor” isə “Adana Demirspor”la üz-üzə gəlib. Görüşün taleyini bir qol həll edib. Simon Banza Qara dəniz təmsilçisinə qələbə qazandırıb – 1:0.
Türkiyə Super Liqası
XXXII tur
“Beşiktaş” – “Göztepe” 1:1
“Adana Demirspor” – “Trabzonspor” 0:1
“Kasımpaşa” – “Sivasspor” 3:1
Comments are closed, but trackbacks and pingbacks are open.