Hindistanda bina uçdu: 11 nəfər öldü, yaralılar var

Hindistanın paytaxtı Nyu-Dehlidə binanın uçması nəticəsində 11 nəfər həlak olub, daha 5 nəfər isə xəsarət alıb.

Lent.az xəbər verir ki, bu barədə yerli “NDTV” telekanalı məlumat yayıb.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib, lakin onların vəziyyəti barədə məlumat verilmir.

Qeyd olunur ki, dağıntılar altından daha 11 nəfər sağ olaraq çıxarılıb.

Binanın təhlükəsizlik qaydaları pozularaq tikildiyi bildirilib.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More