Salyanda evakuatorun trosu qəzadan xilas olan sürücünü öldürüb

Salyan rayonunda evakuatorun qırılan trosu ölümə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Ələt-Astara magistral yolunda, “Yolüstü” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzağa oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

Lakin qəzadan sonra hadisə yerinə gələn evakuator avtomobili yedəyinə çəkərkən tros qırılıb və sürücüyə dəyərək onu öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More