Sabiq mətbuat katibindən sensasion iddia: Müdafiə naziri qovulacaq

Pentaqonun rəhbəri Pit Heqset öz vəzifəsində uzun müddət qala bilməyəcək.

APA xəbər verir ki, bunu Pentaqonun sabiq sözçüsü Conatan Elliott “Politico” qəzetinə açıqlamasında deyib.

Mart ayında vəzifəsindən uzaqlaşdırılan Elliott Pentaqonun son bir ayda sızma və kütləvi ixtisarlar fonunda ümumi xaos içində olduğunu deyib.

“Bunları nəzərə alsaq, müdafiə naziri Pit Heqsetin uzun müddət öz işində qalmasını təsəvvür etmək çətindir”, – o bildirib.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More