MRT və KT xidmətinə görə müştərək maliyyələşmə məbləği dəyişib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20 faizi müştərək maliyyələşmə məbləği hesabına ödəniləcək. 

Qeyd edək ki, bundan əvvəl həmin müraciət üçün 20 manat müştərək maliyyələşmə məbləği ödənilirdi. 

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More