“Fənərbaxça” səfərdə qələbə qazanıb

Türkiyə Super Liqasında XXXIII tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün “Fənərbaxça” meydana çıxıb.

Komanda “Qaziantep”in qonağı olub.

Matçda 4 qol vurulub. Oyunda hesabı meydan sahibləri açıb. Aleksandru Maksim fərqlənib.

Lakin İstanbul təmsilçisi ikinci yarıda üstünlüyü ələ alıb. 5 dəqiqəyə 3 top vuran “Fənərbaxça” Talişka, Edin Ceko və Fredin qolları ilə qələbə qazanıb.

Bununla da, “sarı-lacivərdlilər” “Qalatasaray”la xal fərqini yenidən 2-yə endirib.

Türkiyə Super Liqası
XXXIII

“Qaziantep” – “Fənərbaxça” 1:3
“Sivasspor” – “Antalyaspor” 2:0
“Bodrumspor” – “Samsunspor” 1:2

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More