Senatdan Rusiyaya zərbə – Yeni sanksiyalar paketi hazırlandı

Amerikalı senatorlar Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırmağa hazırdırlar.

Lent.az xəbər verir ki, bunu respublikaçı senator Lindsi Qrem öz “X” hesabında deyib.

O, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ikipartiyalı qanun layihəsi təqdim etdiyini bildirib. Sənədin artıq 60-a yaxın həmmüəllifi var.

Qrem qeyd edib ki, söhbət Rusiyadan neft, qaz, uran və ya digər məhsullar alan istənilən ölkəyə qarşı ikinci dərəcəli rüsumların tətbiqindən gedir.

“Senat bu istiqamətdə hərəkət etməyə hazırdır və əgər Rusiya şərəfli, ədalətli və davamlı sülhü qəbul etməsə, bunu böyük səs çoxluğu ilə edəcək”, – senator vurğulayıb.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More