6 həftəyə ABŞ-ın 7 PUA-sı vuruldu – 200 milyon dollar zərər

Yəməndəki husilər 6 həftə ərzində ABŞ-ın 7  ədəd “MQ-9 Reaper” PUA-sını vurublar.

Lent.az xəbər verir ki, adı açıqlanmayan ABŞ rəsmiləri, 6 həftədə vurulan PAU -ların ümumi sayının 7-yə yüksəldiyini və vurulan PUA-ların dəyərinin 200 milyon dolları ötdüyünü deyiblər.

Dünən Pentaqon rəsmilərinin paylaşdığı məlumata görə, husilərin PUA-lara qarşı hücum imkanlarında nəzərəçarpacaq dərəcədə irəliləyiş var.

Qeyd edək ki, “General Atomics” tərəfindən istehsal edilən və təxminən 30 milyon dollar dəyərində olan “MQ-9 Reaper” PUA-ları 40 min futa qədər yüksəklikdə (təxminən 12.100 metr) uça bilir.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More