Aprelin 21-də vəfat edən Papa Fransisk, ölümündən bir müddət əvvəl Romadakı yetkinlik yaşına çatmayanlar üçün həbsxanada fəaliyyət göstərən makaron fabrikinin ipotekasını bağlamaq üçün 200 min avro ianə edib.
Lent.az xəbər verir ki, bu barədə “The Economist” jurnalı Papa Fransiskin vəsiyyətinə istinadla məlumat yayıb.
Jurnal qeyd edir ki, ianə Pontifikin öz şəxsi hesabından edilib.
“Papa Fransisk ölümündən əvvəl qalan vəsaitinin demək olar ki, hamısını bu məqsəd üçün xərcləyib,” – deyə məqalədə bildirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.