VFA-136 eskadrilyasına aid olan “F/A-18E Super Hornet” tipli qırıcı-bombardmançı təyyarə “USS Harry S. Truman” aviadaşıyıcısının göyərtəsindən düşərək Qırmızı dənizdə batıb.
Lent.az xəbər verir ki, bu haqda ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
“F/A-18E qırıcısı anqar göyərtəsində çəkilərkən ekipaj təyyarəyə nəzarəti itirib. Nəticədə təyyarə və onu çəkən texnika gəminin bortundan düşüb,” – deyə qurumun açıqlamasında bildirilir.
Hərbi Dəniz Qüvvələrinin məlumatına görə hadisə zamanı insan tələfatı olmayıb, bir dənizçi yüngül xəsarət alıb.
Comments are closed, but trackbacks and pingbacks are open.