“Beşiktaş”ın İdarə heyətinin sədri Tevfik Yamantürk və keçmiş prezident Hasan Arat klubdan xaric edilib

“Beşiktaş”da intizam komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, qurumda keçirilən səsverməyə əsasən İdarə heyətinin sədri Tevfik Yamantürk və klubun keçmiş prezidenti Hasan Arat səs çoxluğu ilə komandadan xaric ediliblər.

Digər tərəfdən, qərarın idarə heyətinə təqdim olunduğu bildirilib.

İdarə heyəti bu qərarı təsdiqlədiyi təqdirdə, oktyabr ayında keçiriləcək İdarəetmə və Maliyyə Ümumi Yığıncağında xaric edilmə ilə bağlı səsvermə aparılacağı qeyd olunub.

Mənbə: Apa.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More