Moskvada partlayış – Yaşayış binası yanır – VİDEO

 Moskvanın General Tyulenev küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.

Bildirilib ki, partlayış güclü yanğına səbəb olub. İlkin məlumata görə, 10-dan çox insan xəsarət alıb. Hadisə yerinə bir neçə təcili yardım briqadası göndərilib.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, General Tyulenev küçəsində yaşayış binasının 9-cu mərtəbəsi yanır.

Partlayışdan sonra üst mərtəbədə yanğın baş verib. Yanğınsöndürmə və xilasetmə bölmələri insanları xilas edir, yanğının mənbəyini müəyyənləşdirir.

Partlayışın ilkin səbəbinin qaz sızması olduğu ehtimal olunur.

 

Mənbə: Lent.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More