Pakistan və Hindistan atəşkəs barədə razılığa gəliblər.
Lent.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar X sosial şəbəkəsində məlumat verib.
Dar yazıb: “Pakistan və Hindistan dərhal qüvvəyə minən atəşkəs haqqında razılığa gəliblər. Pakistan həmişə regionda öz suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmədən sülh və təhlükəsizlik üçün səy göstərib”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iki ölkənin hərbi əməliyyatları dayandırmaq qərarını açıqlamışdı
Comments are closed, but trackbacks and pingbacks are open.