Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 17-ci sanksiyalar paketinə daxil ediləcək bütün məhdudiyyətlərin təxminən yarısı Fransa tərəfindən formalaşdırılıb.
“Report”un məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro “France Inter” radiosunun efirində deyib.
“Avropalılar öz növbəsində artıq bir neçə həftədir ki, yeni sanksiyalar paketi üzərində işləyirlər. Biz buna töhfəmizi vermişik: hətta mənim nazirliyim bu sanksiyalar paketi üçün təriflərin yarısını belə formalaşdırıb və bu, artıq praktiki olaraq qəbul edilib”, – o deyib.
Mənbə: Report.Az
Comments are closed.