Premyer Liqa: “Qarabağ” turun son oyununda “Araz-Naxçıvan”ı məğlub edib

Misli Premyer Liqasında XXXIV tura yekun vurulub.

“Report”un məlumatına görə, sonuncu matçda “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib – 2:0. 35-ci dəqiqədə Musa Qurbanlı, 59-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.

Çempionluğunu təmin etmiş “köhlən atlar” xallarının sayını 83-ə çatdırıb. Naxçıvan klubu 55 xalla üçüncü sıradadır.

Günün ilk matçında “Kəpəz” “Sumqayıt”a qalib gəlib – 1:0.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Şamaxı”nı 3:1, “Zirə” “Səbail”i 1:0, “Neftçi” isə “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More