“Barselona” ilə “Real Madrid” oyununda tarixi rekord qeydə alınıb

Dünən “Barselona”nın “Real Madrid” üzərində 4:3 hesablı qələbəsindən sonra son 18 “El Klasiko” matçı heç-heçə bitməyib. Bu da klubların rəqabəti tarixində ən uzun seriyadır.

“Report” xəbər verir ki, bu barədə “Opta Sports” məlumat yayıb.

Statistika portalının məlumatına görə, səkkiz qarşılaşma “Barselona”nın xeyrinə başa çatıb ki, onlardan dördü bu mövsüm baş tutub, 10 qarşılaşma isə Madrid klubunun qələbəsi ilə bitib.

Xatırladaq ki, 35 turdan sonra “Barselona” İspaniya çempionatının lideridir, Madrid klubu isə eyni sayda oyundan sonra La Liqada ikinci yerdədir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More