ABŞ Avropada hərbi kontingentini azaltmağı planlaşdırmır

ABŞ hələlik Avropada hərbi kontingentini azaltmaq və qüvvələrin bir hissəsini Asiyada yerləşdirmək niyyətində deyil.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone bildirib.

“Hələlik Birləşmiş Ştatların alyansın müdafiə planlarında iştirak edən qoşunlarını çıxaracağına və onları Hind-Sakit okeanı regionunda yerləşdirəcəyinə dair heç bir əlamət yoxdur”, – admiral Pentaqon rəsmiləri ilə görüşmək üçün ABŞ-yə səfəri zamanı deyib.

O vurğulayıb ki, alyans ABŞ-nin hərbi mövqeyinin dəyişməsi mümkünlüyünə hazır olmalıdır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More