Çin rabitə texnologiyalarını sınamaq üçün “Shiyan-19” peykini uğurla orbitə buraxıb

Çin kommunikasiya texnologiyalarını sınamaq üçün “Shiyan-19” rabitə peykini uğurla orbitə çıxarıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnika Korporasiyası məlumat yayıb.

Start Pekin vaxtı ilə saat 02:09-da (Bakı vaxtı ilə bazar ertəsi 22:09-da) Siçan kosmodromundan (cənub-qərbi Sıçuan əyaləti) CZ-3C (“Çancjen-3-si”) daşıyıcı raketi vasitəsilə həyata keçirilib. Bu, “Çancjen” seriyalı raketlər üçün 575-ci buraxılışdır.

4,2 m diametrli örtüyə malik üç mərhələli CZ-3C uzunluğu 55,6 m-ə çatır. O, günəş-sinxron orbitə 3,9 tona qədər faydalı yük (yer ətrafı orbitə 8 tona qədər) çıxara bilir. CZ-3 tipli raketlər üçün bu, 167-ci missiya, 2025-ci ildə isə 8-ci missiyadır.

Pekin meteoroloji, telekommunikasiya və naviqasiya peyklərini və Ayın mənimsənilməsi üçün nəzərdə tutulmuş texnologiyaları hazırlayaraq milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir. Dövlətin dəstəyi ilə Çin mütəxəssisləri asteroidlərin və Marsın tədqiqi layihələrini həyata keçirirlər. Orbitdə beynəlxalq əməkdaşlıq üçün də nəzərdə tutulmuş Çin kosmik stansiyası fəaliyyət göstərir. 2024-cü ildə Çin 68 buraxılış həyata keçirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More