Aİ baş qərargah rəislərinin görüşü mayın 15-də keçiriləcək

Avropa İttifaqı (Aİ) baş qərargah rəislərinin görüşü mayın 15-də Brüsseldə keçiriləcək.

“Report” TASS-a xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

“Aİ-nin Hərbi Komitəsinin baş qərargah rəisləri səviyyəsində iclası mayın 15-də Brüsseldə Hərbi Komitənin rəhbəri general Robert Brigerin sədrliyi ilə keçiriləcək”, – məlumatda bildirilib.

Avropa Komissiyasının təklif etdiyi və 2030-cu ilə qədər Avropa ölkələrinin döyüş hazırlığının artırılmasını nəzərdə tutan strategiya çərçivəsində Aİ ölkələrinin institutları və silahlı qüvvələri ilə bağlı islahatların aparılması görüşün əsas mövzusu olacaq.

NATO baş qərargah rəislərinin görüşündə Avropanın Kiyevə hərbi yardımının artırılması imkanları və Avropa ölkələrinin hərbi planlarının alyans ölkələrinin hərbi xərclərinin hazırkı 2 %-dən 2032-ci ilə qədər 5 %-ə qaldırılmasına uyğunlaşdırılması müzakirə ediləcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More