Ermənistanda artıq etiraf edirlər ki, “Sülh kəsişməsi” layihəsinin gələcəyi yoxdur.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində keçirilən “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə deputatların suallarını cavablandırarkən F.Şəfiyev qeyd edib ki, Nikol Paşinyanın həmin layihəsinin yalnız bir şərtlə uğurlu gələcəyi var:
“Bu da Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması ilə mümkündür. Ona görə də biz təzyiq siyasətimizi davam etdirməliyik. Lakin İran və Hindistan istəyir ki, bəzi layihələri Ermənistan ərazisindən keçirsinlər. Hətta Rusiya ilə bağlı da belə bir fikirlər var. Təbii ki, bu barədə düşünməliyik”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.