“Sabah” Azərbaycan Basketbol Liqasının qalibi olub

“Sabah” Azərbaycan Basketbol Liqasının qalibi olub.

“Report”un məlumatına görə, Bakı İdman Sarayında təşkil olunan final seriyasının altıncı oyununda “Neftçi”yə 83:78 hesabı ilə qalib gələn “bayquşlar” qızıl medallara sahib çıxıblar.

Rimas Kurtinaytisin rəhərlik etdiyi kollektiv həlledici seriyada dördüncü qələbəni əldə etməklə çempionluq sevinci yaşayıb.

Qeyd edək ki, tərəflər arasında əvvəlki 5 görüşdə “Sabah” 3, “Neftçi” isə 2 qələbə qazanıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More