Gürcüstanda itkin düşən Aytac Məmmədovanın meyiti aşkarlanıb

Gürcüstanın paytaxtı Tbilisidə Kür çayına düşən avtomobilin və içərisindəki şəxslərin axtarışları zamanı qadın meyiti aşkarlanıb.

“Report”un yerli bürosu 24News.ge xəbər portalına istinadən bildirir ki, tapılan meyit aidiyyəti üzrə ekspertizaya göndərilib.

Ekspertiza nəticələrinə əsasən müəyyən olunub ki, meyit 40 gün əvvəl itkin düşmüş Qardabani bələdiyyəsinin Kosalı kənd sakini, 21 yaşlı Aytac Məmmədovaya məxsusdur.

Xatırladaq ki, Aytac Məmmədova ötən ay itkin düşüb və axtarışları nəticə verməyib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More