Misir XİN rəhbəri: Fələstin problemi həll edilmədən Yaxın Şərq sabit olmayacaq

Fələstin məsələsi həll olunmayana qədər Yaxın Şərqdə sabitlik olmayacaq.

“Report” xəbər verir ki, bunu Bağdadda Misirin xarici işlər naziri Bədr Əbdül Ati deyib.

O, təxminən 70 gündür Qəzza zolağına heç bir yardımın çatdırılmamasını beynəlxalq ictimaiyyət üçün rüsvayçılıq adlandırıb.

“Yardımın Qəzzaya çatmasını əngəlləmək qəbuledilməzdir. Qahirə Qəzza sakinlərinin köçürülməsi təklifini də rədd edir”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More