Zaxarova: Putinin təklif etdiyi danışıqların mahiyyəti uzunmüddətli sülhün qurulmasındadır

Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi Ukrayna tərəfi ilə danışıqların mahiyyəti münaqişənin əsas səbəbinin aradan qaldırılmasından ibarətdir.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Bundan başqa, danışıqlar vasitəsilə uzunmüddətli və möhkəm sülhün qurulması planlaşdırılır.

“Artıq dəfələrlə bəyan edildiyi kimi, Rusiya tərəfi ciddi danışıqlara köklənib. Rusiya nümayəndə heyəti İstanbula gəlib və ciddi işə hazırdır”, – o qeyd edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More