Almaniya kansleri Fridrix Merts bildirib ki, Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır və mayın 20-də Brüsseldə qəbul ediləcək.
“Report” xəbər verir ki, bu barədə o, ZDF telekanalına müsahibəsində söyləyib.
“Bu paket hazırdır və gələn çərşənbə axşamı Brüsseldə qəbul ediləcək. Məsləhətləşmələr başa çatıb”, – Merts deyib.
Eyni zamanda, Almaniya hökumətinin başçısı vurğulayıb ki, sanksiyalar dərhal qüvvəyə minəcək.
“Onlar (məhdudiyyətlər – red.) hazırdır, qüvvəyə minir və növbəti sanksiya paketi hazırlanır”, – kansler əlavə edib.
Merts Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiya paketinə Avropada dondurulmuş Rusiya aktivlərindən istifadə etmək imkanı haqqında müddəanın daxil edilə biləcəyini istisna etməyib. Eyni zamanda, kansler etiraf edib ki, bu addım Avropa maliyyə bazarı üçün müəyyən risklə bağlıdır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.