Rubio: Putin və Trampın mümkün görüşünün tarixi və yeri hələ müəyyən edilməyib

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Amerika lideri Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə ehtimal olunan görüşünün vaxtı və yeri hələ müəyyən edilməyib.

“Report” xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində söyləyib.

“Bu məsələ üzərində bir neçə ay işlədikdən sonra öyrəndiklərimizi nəzərə alaraq, Prezident Tramp Vladimir Putinlə danışıqlar masasına oturmayınca heç nə baş verməyəcək. Mən hələ tarix və yeri bilmirəm, lakin bu, hazırda həqiqətən yeganə imkandır”, – o vurğulayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More