Fərid Qayıbov Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndələri ilə görüşüb

Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndələri təcrübə mübadiləsi çərçivəsində Azərbaycana səfər ediblər.

“Report”un məlumatına görə, gənclər və idman naziri Fərid Qayıbov nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Nazir türkiyəli nümayəndələrin Azərbaycandakı idman qurumlarına səfərlərini yüksək qiymətləndirərək bu cür mübadilələrin peşəkar bilik və təcrübənin bölüşdürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə nümayəndə heyətinin üzvləri səfər çərçivəsində əldə etdikləri təəssüratları bölüşüblər.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More